La Liqa: “Atletik” “Malyorka”nı 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Atletik” doğma meydanda “Malyorka” ilə münasibətlərinə aydınlıq gətirib. Bilbao təmsilçisi bu oyunda 3 xalı 4 cavabsız qolla qazanıb.

23-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
23-cü tur
2 fevral

Atletik – Malyorka 4:0
Qollar: Berçiçe, 3; 16. Quruseta, 62. Muniain, 89.

3 fevral

17:00. Valensiya – Almeriya
19:15. Qranada – Las Palmas
21:30. Alaves – Barselona
00%00. Jirona – Real Sosyedad

4 fevral

17:00. Vilyarreal – Kadis
19:15. Osasuna – Selta
21:30. Betis – Xetafe
00:00. Real – Atletiko

5 fevral

00:00. Rayo Valyekano – Sevilya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: