La Liqa: “Jirona” xal itirdi, “Barselona” qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Qranada” – “Las Palmas” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun vurulduğu “Valensiya” – “Almeriya” matçında meydan sahibləri qələbə qazanıblar.

Səfərdə “Alaves”lə qarşılaşan son çempion “Barselona” turu inamlı qələbəylə başa vurub. “Jirona” isə evdə “Real Sosyedad”la görüşdən xal itkisi ilə ayrlıb.

23-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
23-cü tur
2 fevral

Atletik – Malyorka 4:0
Qollar: Berçiçe, 3; 16. Quruseta, 62. Muniain, 89.

3 fevral

Valensiya – Almeriya 2:1
Qollar: Duro, 14. Yaremçuk, 34 – Arribas, 50.

Qranada – Las Palmas 1:1
Qollar: B.Mendes, 43 – Pexino, 68.

Alaves – Barselona 1:3
Qollar: Omorodion, 51 – Levandovski, 22. İ.Gündoğan, 49. Vitor Roke, 63.

Jirona – Real Sosyedad 0:0

4 fevral

17:00. Vilyarreal – Kadis
19:15. Osasuna – Selta
21:30. Betis – Xetafe
00:00. Real – Atletiko

5 fevral

00:00. Rayo Valyekano – Sevilya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: