Yüksək Liqa: “Baku Fire” 3 xalı 26 qolla qazandı

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 10-cu turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında “Baku Fire” ilə “Record” komandaları üz-üzə gəliblər.

“Olimpik Star”da keçirilən oyunda darmadağın qeydə alınıb. Rəqib qapısından 26 top keçirən “Baku Fire” asan qələbəyə sevinib.

Xatırladaq ki, ötən il dekabrın 7-də keçirilməli olan bu görüş “Baku Fire” komandasının protokolu təyin olunan vaxtda göndərməməsi üzündən baş tutmamışdı. AFFA İntizam Komitəsi oyunun yenidən keçirilməsi barədə qərar qəbul etmişdi.

Yüksək Liqa
10-cu turun oyunu
4 fevral

“Baku Fire” – “Record” 26:1
Hakimlər: Knyaz Əmiraslanov, Vüsal Balaşov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xal: 1. Araz-Naxçıvan – 28. 2. Baku Fire – 24. 3. Neftçi İK – 23. 4. Yasamal Bakı – 8. U-19 – 6. Record – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: