Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 20-ci turu çərçivəsində “Moreyrense” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. 8-ci dəqiqədə Abel Ruisin vurduğu yeganə qol “Qarabağ”ın rəqibinə vacib 3 xal qazandırıb.
Bu qələbədən sonra braqalılar 40 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını fevralın 11-də səfərdə Lissabon “Sportinq”inə qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.


