Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, 12-ci turun qarşılaşmaları fevralın 6-da keçiriləcək.
Turun oyunları Bakı və Gəncə şəhərlərində baş tutacaq. Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə”nin budəfəki qonağı “Azərreyl” olacaq. Bu oyuna saat 16:00-da start veriləcək.
Həmin gün Bakıda ilk matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 16:00-da start götürəcək oyunda “Murov” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər.
Növbəti qarşılaşma isə saat 18:00-da UNEC-in idman zalında “Abşeron” və UNEC komandaları arasında olacaq.
Yüksək Liqa
12-ci tur
6 fevral
16:00. “Gəncə” – “Azərreyl”
16:00. “Murov” – “Milli Aviasiya Akademiyası”
18:00. “Abşeron” – UNEC


