Drezen: “Super Liqanın bu qədər pulu hardandır?”

“Bayern”in baş direktoru Yan-Kristian Drezen “A22 Sports Management”in Avropa Super Liqasının təsisi təşəbbüsünü tənqid edib.

Arena.az “Die Welt” dərgisinə istinadən, “Bayern” rəsmisinin bu barədə fikirlərini təqdim edir:

“Bizim üçün Super Liqa alternativ deyil. Bizim mövqeyimiz təkzibedilməzdir. Hətta onların “Bayern”i öz sıralarında görmək istədikləri barədə danışdıqları məni əsəbiləşdirir. Bu, onların futbola böyük hörmətinin olmadığını göstərir. Çox dəqiq deyə bilərəm: “Bayern” Super Liqada olmayacaq.

Mən başa düşmürəm ki, bu qədər milyardlarla avro haradan gəlməlidir, çünki Super Liqa bütün oyunlarını televiziya ilə yayımlamalıdır. Mən bunu son dərəcə şübhəli hesab edirəm. Onların Skruc Makdak kimi, haradasa gizli pul xəzinələri varmı? Olsa belə, əhəmiyyət verməzdik. Fikrimcə, Super Liqa hələ də boş xülyadır”, deyə Drezen bildirib.

Xatırladaq ki, daha əvvəl, Super Liqanın tərtibatı təqdim edilib, burada əsasən üç liqaya bölünmüş 64 klubun iştirakı nəzərdə tutulub. Hər liqada yarışın iki mərhələdə – “liqa mərhələsi” və “ələmə mərhələsi”ndə keçirilməsi planlaşdırılır. Super Liqanın başlanması 2025-ci ilə təyin edilib. Hazırda Super Liqada yalnız bu ideyanın müəllifi “Real” və ideyanın qüvvətli dəstəkləyicisi “Barselona” var. “Napoli” düşərgəsindən də Super Liqanın təsis ediləcəyi halda, Neapol klubunun bu yarışda iştirak edəcəyi haqda klubun prezidenti Aurelio De Laurentis bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: