Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Ən məhsuldar qələbəni PFL qazanıb. Bu komanda ilə yanaşı, rəqiblərini məğlub edən “Yasamal Bakı”, “Neftçi” İK və “Bakı” da 1/4 finala vəsiqə qazanıblar.
Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin digər 4 oyunu sabah – fevralın 11-də “Olimpik Star”da keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
10 fevral
PFL – Metropoliten 23:1
STAR kargo – Yasamal Bakı 6:8
Neftçi İK – Timsport 15:2
Trabzon Azərbaycan – Bakı 2:5
11 fevral
15:00. Araz-Naxçıvan – Record
17:00. Baku Fire – Dalğa
19:00. Dəstə Ordubad – U-19
21:00. Xan-Lənkəran – Baku Fire-2


