Yüksək Liqa: “Azərreyl”dən “Murov” üzərində əzmkar qələbə

Bu gün qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) 13-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşma gərgin başlayıb. Uzatmaya gedən ilk setdə “Murov” daha dəqiq olub və 26:24 hesabı ilə qələbə qazanıb. Lakin “Azərreyl” təşəbbüsü ələ ala bilib və sonrakı hissələri öz xeyrinə yekunlaşdırıb (25:21, 26:24, 25:14).

Beləliklə, gərginliyi ilə yadda qalan matçda “Azərreyl” 3:1 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra xallarının sayını 33-ə çatdıran (11 qələbə) “Azərreyl” liderliyini qoruyub. “Murov” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 24 xalla (8 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Qeyd edək ki, turun digər oyunları fevralın 14-də və 17-də keçiriləcək. Sabah saat 15:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər. 3 gün sonra isə turun son qarşılaşması keçiriləcək. UNEC öz meydanında “Gəncə” komandasını qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

Yüksək Liqa
13-cü tur

13 fevral
“Azərreyl” – “Murov” 3:1 (24:26, 25:21, 26:24, 25:14)

14 fevral
15:00. “Milli Aviasiya Akademiyası” – “Abşeron”

17 fevral
15:00. “Abşeron” – UNEC

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: