Yüksək Liqa: Lider sona 2 dəqiqə qalmış sevindi

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə və Bakı İdman Sarayında keçirilib.

Tura mərkəzi oyunla start verilib. Lider “Araz-Naxçıvan” əsas rəqiblərindən olan “Neftçi” İK ilə qarşılaşıb. Oyuna marağı artıran məqamlardan biri də “Araz-Naxçıvan”a cari mövsümdəki yeganə məğlubiyyət acısını “Neftçi”nin yaşatması idi. İkinci dövrədə baş tutan dueldə “ağ-qaralar” 6:3 hesablı qələbəyə sevinmişdilər. Lakin bu oyunda “Araz-Naxçıvan” qələbə qazanıb.

Günün növbəti oyununda “Yasamal Bakı” “Record” üzərində böyükhesablı qələbəyə sevinib.

Tura “Bakı Fire” və U-19 arasındakı oyunla yekun vurulub. Bu oyunda da “Baku Fire” böyük hesabla qalib gəlib.

Yüksək Liqa
12-ci tur
15 fevral

Neftçi İK – Araz-Naxçıvan 0:2
Qollar: Diaqo Auqusto, 37:28. Amadeu, 38:59.
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Xəlil Xəlilov
Bakı İdman Sarayı. Saat 14:00.

Yasamal Bakı – Record 14:3
Qollar: Təhmiraz Abasov, 5:26. Rüstəm Bağırov, 7:46; 19:10; 23:53; 28:53; 30:45; 33:59; 35:06; 36:20; 38:02; 39:44. Fuad Məmmədzadə, 12:53; 19:15. Tofiq Məlikov, 18:47 – Tural Abdullazadə, 5:05. Nahid Mirzəzadə, 28:18. Məhəmməd Məmmədzadə, 28:48.
Hakimlər: Anar Fərəcov, Məmmədəli Kərimov, İmran Məhərrəmov.
Bakı İdman Sarayı. Saat 16:15.

Baku Fire – U-19 6:0
Qollar: Kənan Manafov, 5:18; 13:24. Yaqo Henrike, 11:59; 22:27. Elvin Quliyev, 23:32. Murad Quluzadə, 26:55.
Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Mahir Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:15.

Xal: Araz-Naxçıvan – 31. Baku Fire – 24. Neftçi İK – 23. Yasamal Bakı – 11. U-19 – 6. Record – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: