Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları yenə eyni gündə baş tutacaq.
Qarşılaşmaların hamısı Bakı İdman Sarayında keçiriləcək.
Yüksək Liqa
13-cü tur
22 fevral
Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:00.
Record – Neftçi İK
Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, Elgün Hüseynov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 16:15.
U-19 – Yasamal Bakı
Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Məmmədəli Kərimov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:15.


