La Liqa: “Jirona” 3 oyunluq qələbə həsrətinə son qoydu – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Jirona” doğma meydanda “Rayo Valyekano” ilə üz-üzə gəlib. Mövsümün sürpriz komandalarından sayılan, amma son turlarda qələbəyə həsrət “Jirona” nəhayət ki, uğursuz gedişata son qoyub. Sözügedən komanda 3 tur sonra doğma meydanda 3 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, bu turun “Qranada” – “Valensiya” oyunu təxirə salınıb.

Hazırda “Real” 65 xalla vahid liderdir. “Jirona” 59 xalla 2-ci, “Barselona” 57 xalla 3-cü, “Atletiko” 52 xalla 4-cü, “Atletik” 49 xalla 5-ci, “Betis” 42 xalla 6-cıdır.

İspaniya, La Liqa
26-cı tur
23 fevral

Real Sosyedad – Vilyarreal 1:3
Qollar: Merino, 86 – Komesans, 17; 47. Sörlot, 90+5.

24 fevral

Barselona – Xetafe 4:0
Qollar: Rafinya, 20. J.Feliks, 53. De Yonq, 61. F.Lopes, 90+1.

Alaves – Malyorka 1:1
Qollar: Benavies, 76 – Nastasiç, 88.

Almeriya – Atletiko 2:2
Qollar: L.Romero, 27; 64 – Korrea, 2. De Paul, 57.

25 fevral

Kadis – Selta 2:2
Qollar: Xuanmi, 66. Maçis, 90+10 – Aspas, 11. Svedberq, 58.

Betis – Atletik 3:1
Qollar: Avila, 13. Berçiçe, 38-öz qapısına. Xonni, 67 – Quruseta, 45+7.

Las Palmas – Osasuna 1:1
Qollar: K.Rodriqes, 52 – U.Qarsiya, 49.

Real – Sevilya 1:0
Qol: Modriç, 81.

26 fevral

Jirona – Rayo Valyekano 3:0
Qollar: Siqankov, 52. Savio, 90+1; 90+5.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: