Klopp: “Bu, inanılmaz oyun idi”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın İngiltərə Kubokunun 1/8 finalında “Sauthempton” üzərində qələbəsini (3:0) şərh edib.

Arena.az “ITV.com” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, inanılmaz oyun idi. “Sauthempton” çox güclü komandadır, bunu hamımız gördük. İlk hissədə yarımmüdafiəmiz təpki üçün düzgün vaxt seçə bilmədi – futbolçular göstərişlərə əməl etməyə çalışsalar da, çətin oldu. Rəqiblərin imkanları vardı, ona görə də çox qaçmalı olduq və Kelleherin qurtarışlarına çox ehtiyacımız vardı. Gözəl ilk qolu vurana qədər hər şeyi sınadıq. Çıxış yolu tapmalı idik, nəticədə bunu bacardıq. İkinci hissə həqiqətən də daha yaxşı keçdi”, deyə Klopp oyundan razılıqla danışıb.

Vurğulayaq ki, “Liverpul” yarışın 1/4 finalına vəsiqə qazanıb və bu mərhələdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: