Yüksək Liqa: MOİK “Murov”a da uduzdu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 15-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən oyunda MOİK və “Murov” komandaları üz-üzə gəliblər. Oyun “Murov”un üstünlüyü ilə keçib. Fərid Cəlalovun yetirmələri qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılıblar.

Beləliklə, “Azərreyl” 30 xalla (10 qələbə) turnir cədvəlində liderlik edir. “Murov”un 24 (9 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
15-ci tur
29 fevral

MOİK – “Murov” 0:3 (14:25, 15:25, 19:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: