Sarri “Bayern”lə cavab oyunu haqda: “Bizə cəsarət gərəkdir”

“Latsio”nun baş məşqçisi Maurusio Sarri Çempionlar Liqasının 1/8 finalında “Bayern”lə qarşıdakı cavab oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, Romadakı ilk oyunda “Latsio” “Bayern” üzrəində minimal hesablı qələbə qazanmışdı – 1:0.

“Futbolda mümkünsüz heç nə yoxdur – bu bizə cəsarət verməlidir. İçimizdə alov və qəzəb yanmalıdır.

“Bayern” yüksək səviyyəli komandadır və onlar qolları asanlıqla vururlar. Belə klublarla oyunlarda 100 dəqiqə müdafiə oluna bilməzsən. Topu irəli aparmaq üçün bizə cəsarət gərkdir. Ümidvaram ki, “Bayern” bizə kifayət qədər boş bölgələr buraxacaq, çünki onlar adətən nadir hallarda taktiki tarazlıqlarını itirirlər”, – “Football Italia” dərgisi italyan mütəxəssisin sözlərini sitat gətirir.

“Bayern”lə “Latsio” arasındakı cavab oyunu bu axşam “Alyans Arena”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da (6 mart) start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: