Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 25-ci turunun hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, növbəti turun qarşılaşmaları sabah – martın 7-də keçiriləcək.
Yüksək Liqa
15-ci tur
7 mart
Record – Baku Fire
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 14:30.
U-19 – Araz-Naxçıvan
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 16:30.
Yasamal Bakı – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hidayət Feyzullayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:30.


