Yüksək Liqa: MOİK “Neftçi”yə də uduzdu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, 16-cı turun ilk oyununda “Neftçi” MOİK-i qəbul edib.

“Murov”un İdman zalında təşkil olunan görüş Pərviz Səmədovun yetirmələrinin üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsə yiyələnən “Neftçi” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Tura sabah keçiriləcək “Murov” – “Azərreyl” oyunu ilə yekun vurulacaq.

Hazırda Yüksək Liqanın turnir cədvəlinə 30 xala malik “Azərreyl” (10 qələbə) liderlik edir. “Murov”un 24 (9 qələbə), “Neftçi”nin 22 (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
16-cı tur
6 mart

“Neftçi” – MOİK 3:0 (25:22, 25:17, 27:25)

7 mart

“Murov” – “Azərreyl” 2:3

Xəbəri sosial şəbəkələrdə paylaş: