Yüksək Liqa: “Azərreyl”dən “Murov” üzərində çətin qələbə

Kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, 16-cı turun sonuncu oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov” və “Azərreyl” komandaları arasında keçirilib.

Gərgin keçən qarşılaşmada tərəflər hərəyə iki set qazandığından tay-brekə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” daha dəqiq oynayıb və meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, “Azərreyl” 32 xalla (11 qələbə) turnir cədvəlində liderlik edir. “Murov”un 25 (9 qələbə), “Neftçi”nin 22 (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
16-cı tur
7 mart

“Murov” – “Azərreyl” 2:3 (25:22, 27:25, 21:25, 23:25, 9:15)

Xəbəri sosial şəbəkələrdə paylaş: