Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Alaves” doğma meydanda “Rayo Valyekano”nu minimal hesabla məğlub edib.
Səfərdə “Las Palmas”la qarşılaşan Bilbao “Atletik”i turu inamlı qələbə ilə başa vurub.
Lider “Real” isə bu dəfə “Selta”nı 4 cavabsız qolla yenib. Madrid təmsilçisinin türkiyəli gənc ulduzu Arda Gülər bu oyunda nəhayət ki, qol hesabını açıb.
Beş qolun qeydə alındığı “Betis” – “Vilyarreal” matçında da qonaqlar qələbə qazanıblar.
28-ci tura sabah keçiriləcək “Almeriya” – “Sevilya” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
28-ci tur
8 mart
Barselona – Malyorka 1:0
Qol: L.Yamal, 73.
9 mart
Valensiya – Xetafe 1:0
Qol: Duro, 40.
Kadis – Atletiko 2:0
Qollar: Xuanmi, 24; 64.
Qranada – Real Sosyedad 2:3
Qollar: Uzuni, 21-pen; 45+3 – Umar Sadiq, 33. Le Normand, 80. Andre Silva, 85.
Jirona – Osasuna 2:0
Qollar: Portu, 13. Savio, 87.
10 mart
Alaves – Rayo Valyekano 1:0
Qol: Qorosabel, 44.
Las Palmas – Atletik 0:2
Qollar: Quruseta, 31. Koko, 65-öz qapısına.
Real – Selta 4:0
Qollar: Vinisius, 21. Quaita, 79-öz qapısına. Dominqes, 88-öz qapısına. A.Gülər, 90+4.
Betis – Vilyarreal 2:3
Qollar: Q.Rodriqes, 30. Villian Xose, 45+2 – Baena, 40. Papastatopulos, 48-öz qapısına. Sörlot, 67.
11 mart
00:00. Almeriya – Sevilya


