La Liqa: “Sevilya” autsayderlə bacarmadı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında çempionatın aşkar autsayderi “Almeriya” ilə uğursuz mövsüm keçirən “Sevilya” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Beləliklə, 28 turdan sonra 69 xala malik “Real” vahid liderdir. “Jirona” 62 xalla 2-ci, “Barselona” 61 xalla 3-cü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 55, “Atletik”in 53, “Real Sosyedad”ın 43, “Betis”in 42, “Valensiya”nın 40, “Las Palmas”ın 37, “Osasuna”nın 36, “Vilyarreal” və “Xetafe”nin 35, “Alaves”in 32, “Sevilya”nın 28, sonuncu olan “Almeriya”nın isə 10 xalı var.

İspaniya, La Liqa
28-ci tur
8 mart

Barselona – Malyorka 1:0
Qol: L.Yamal, 73.

9 mart

Valensiya – Xetafe 1:0
Qol: Duro, 40.

Kadis – Atletiko 2:0
Qollar: Xuanmi, 24; 64.

Qranada – Real Sosyedad 2:3
Qollar: Uzuni, 21-pen; 45+3 – Umar Sadiq, 33. Le Normand, 80. Andre Silva, 85.

Jirona – Osasuna 2:0
Qollar: Portu, 13. Savio, 87.

10 mart

Alaves – Rayo Valyekano 1:0
Qol: Qorosabel, 44.

Las Palmas – Atletik 0:2
Qollar: Quruseta, 31. Koko, 65-öz qapısına.

Real – Selta 4:0
Qollar: Vinisius, 21. Quaita, 79-öz qapısına. Dominqes, 88-öz qapısına. A.Gülər, 90+4.

Betis – Vilyarreal 2:3
Qollar: Q.Rodriqes, 30. Villian Xose, 45+2 – Baena, 40. Papastatopulos, 48-öz qapısına. Sörlot, 67.

11 mart

Almeriya – Sevilya 2:2
Qollar: Embarba, 38. Milovanoviç, 90+5 – Lukebakio, 81. Okampos, 86.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: