Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bununla da Yüksək Liqada 4-cü dövrəyə start veriləcək.
16-cı turun ilk matçında “Neftçi” İK “Baku Fire” ilə üz-üzə gələcək.
Ardınca son çempion “Araz-Naxçıvan” “Yasamal Bakı”nı sınağa çəkəcək.
Tura U-19 – “Record” qarşılaşması ilə yekun vurulacaq.
Xatırladaq ki, hazırda “Araz-Naxçıvan” 40 xalla liderdir. “Baku Fire” 33 xalla ikinci, “Neftçi” İK 32 xalla üçüncü pillədə qərarlaşıb. “Yasamal Bakı”nın 14, U-19-un 6, “Record”un 4 xalı var.
Yüksək Liqa
16-cı tur
14 mart
“Baku Fire” – “Neftçi” İK
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ramil Namazov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.
“Yasamal Bakı” – “Araz-Naxçıvan”
Hakimlər: Ziya Nəsirov, Xəlil Xəlilov, Elgün Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 16:15.
U-19 – “Record”
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 18:15.


