Yüksək Liqa: “Neftçi” “Murov”a quru hesabla uduzdu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, Gənclər və İdman Naziriliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər.

Görüş “Murovu”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, hazırda “Azərreyl” 35 xalla (12 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov”un 28 (10 qələbə), “Neftçi”nin 22 (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
14 mart

“Neftçi” – “Murov” 0:3 (20:25, 17:25, 23:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: