Futbol üzrə Belçika milli komandasının baş məşqçisi Domeniko Tedesko daha iki il sözügedən yığmanı çalışdırmağa davam edəcək.
Arena.az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssis sözügedən federasiya ilə yeni müqavilə bağlayıb. Onun əvvəlki müqaviləsi bu il Almaniyada təşkil olunacaq AÇ-2024-ün sonuna qədər idi. Amma yeni müqaviləyə əsasən 38 yaşlı mütəxəssis 2026-cı ilin iyul ayına kimi bu komandada qalacaq.
Tedesko Belçika yığmasının baş məşqçi postunda 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib. O, 2023-cü ilin fevral aıyndan çalışdırdığı Belçika millisinin “sükanı arxasında” 10 oyun keçirib və hələ məğlubiyyət görməyib. Komanda onun rəhbrliyi altında 8 qələbə qazanıb, 2 heç-heçə edib.
Xatırladaq ki, Domeniko Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada Leypsiq, “Şalke” və “Ersgebirge”ni də çalışdırıb.
Sonda onu da xatırladaq ki, Belçika yığması AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Seçmə mərhələnin F qrupunda yer alan millimiz bu rəqiblə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.


