Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Turan Tovuz”la “Qarabağ” arasında keçiriləcək. Tovuzda baş tutacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək.
“Turan Tovuz”la “Qarabağ” daha öncə 6 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə “Turan Tovuz” qələbə qazanmayıb. Tovuz təmsilçisi cəmi 1 oyunda heç-heçə edib, qalan görüşlərdə uduzub. “Qarabağ” bütün matçlarda bu rəqibinə iki və ya daha çox qol vurub.
Hazırda 35 xalla 7-ci pillədə qərarlaşmış “Turan Tovuz” bu gün güclü rəqiblə görüşdə ilk qələbəsini qazanmağa çalışacaq. 63 xalla zirvədə qərarlaşmış və ən yaxın izləyicisi “Neftçi”ni 23 xal qabaqlayan “Qarabağ” isə qələbə seriyasını davam etdirməyi hədəfləyib.
Turun qapanış matçında isə “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların turnir cədvəlində qonşu olması oyuna marağı daha da artırır. “Sumqayıt” hazırda 39 xalla 4-cü, “Sabah” 37 xalla 5-cidir. 6 xallıq oyunda qalib gələn tərəf bir neçə pillə irəliləmiş olacaq.
“Sumqayıt”la “Sabah” bu günə qədər 21 oyunda qarşılaşıblar. Bu görüşlərdə sumqayıtlıların 7, “bayquşlar”ın 11 qələbəsi var, 3 oyunda isə qalib müəyyənləşməyib. “Sumqayıt”ın son 6 ev matçında qol vuran komanda qalib gəlib.
Premyer Liqa
27-ci tur
15 mart
“Neftçi” – “Səbail” 3:0
Qollar: Nir Bardea, 24-öz qapısına. Azər Salahlı, 27. Yeqor Boqomolski, 85.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 19:00.
16 mart
“Zirə” – “Kəpəz” 2:1
Qollar: Salifu Suma, 60. Qismət Alıyev, 76-pen – Martins Junior, 90+4.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar: Numan Kurdiç, 43 – Osama Xalayla, 67.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mərdəkan. “Dalğa Arena”, 18:30.
17 mart
“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 16:00.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.


