Könül Mehdiyeva AÇ-nin seçmə mərhələ oyunlarına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rsəmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Könül Mehdiyev 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A Liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar. Matçlar martın 18-dən 24-nə qədər Almaniyada təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: