La Liqa: “Barselona” “Atletiko”ya səfərdə 3 cavabsız qol vurdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Vilyarreal” “Valensiya”nı evdə, “Almeriya” isə “Las Palmas”ı səfərdə minimal hesabla məğlub edib. “Rayo Valyekano” “Betis”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Üç qolun qeydə alındığı “Sevilya” – “Selta” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi oyununda Madrid “Atletiko”su doğma meydanda son çempion “Barselona” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda 3 cavabsız qolla məğlub olub.

Beləliklə, 29 turdan sonra 72 xala malik “Real” vahid liderdir. “Jirona”nın bu turdakı məğlubiyyətindən maksimum yararlanan “Barselona” 64 xalla 2-ci pilləyə yüksəlib. “Jriona” isə 62 xalla 3-cü pilləyə düşüb. “Atletik”in 56, “Atletiko”nun 55, “Real Sosyedad”ın 46 xalı var.

İspaniya, La Liqa
29-cu tur
15 mart

Real Sosyedad – Kadis 2:0
Qollar: Merino, 28. Zakaryan, 68.

16 mart

Malyorka – Qranada 1:0
Qol: Raillo, 85.

Osasuna – Real 2:4
Qollar: Budimir, 7. Munyos, 90+1 – Vinisius, 4; 64. Karvaxal, 18. B.Dias, 61.

Xetafe – Jirona 1:0
Qol: Santyaqo, 33.

Atletik – Alaves 2:0
Qollar: Quruseta, 32; 37.

17 mart

Sevilya – Selta 1:2
Qollar: En Nesiri, 18 – K.Peres, 72. Larsen, 78.

Las Palmas – Almeriya 0:1
Qol: Baptistao, 14.

Vilyarreal – Valensiya 1:0
Qol: Kuenka, 54.

Rayo Valyekano – Betis 2:0
Qollar: Lejen, 40. Kamelyo, 78.

Atletiko – Barselona 0:3
Qol: Joao Feliks, 38. Levandovski, 47. F.Lopes, 65.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: