Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 17-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 17-ci turun matçları aprelin 4-də Bakı İdman Sarayında keçiriləcək.
İlk matçda lider “Araz-Naxçıvan” mükafatlara iddialı “Neftçi” İK ilə üz-üzə gələcək.
Yüksək Liqa
17-ci tur
4 aprel
Araz-Naxçıvan – Neftçi İK
Bakı İdman Sarayı. Saat 14:00.
U-19 – Baku Fire
Bakı İdman Sarayı. Saat 16:00.
Record – Yasamal Bakı
Bakı İdman Sarayı. Saat 18:00.


