Yüksək Liqa: 18-ci tur Gəncədə başlayıb, Bakıda bitəcək

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları martın 26-da keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkə çempionatında 18-ci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə” klubunun bu dəfəki qonağı UNEC komandası olacaq. Oyun saat 15:00-da başlayacaq.

Turun digər qarşılaşmaları həmin gün Bakıda – Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 15:00-da “Abşeron” klubu “Milli Aviasiya Akademiyası”nı, ardınca isə (18:00) “Murov” kollektivi “Azərreyl”i qəbul edəcək.

Yüksək Liqa
18-ci tur
26 mart

15:00. “Gəncə” – UNEC
15:00. “Abşeron” – “Milli Aviasiya Akademiyası”
18:00. “Murov” – “Azərreyl”

Xəbəri sosial şəbəkələrdə paylaş: