“Lester Siti” baş məşqçisini “bazlıq” şübhəsi ilə istefaya göndərdi

İngiltərənin “Lester Siti” klubu qadınlardan ibarət komandasının baş məşqçisi Villi Kirki istefaya göndərdiyini rəsmən açıqlayıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

Klub addımını şotland mütəxəssis tərəfindən “davranış əsasnaməsinin pozulması” ilə əsaslandırıb.

Britaniya mətbuatı isə Kirkin “tülkülər”in qadın komandasının oyunçusu ilə nizamnamədən kənar münasibəti olduğunu yazıb.

“Lester Futbol Klubu Villi Kirkin qadın komandasının baş məşqçisi vəzifəsindən qovulduğunu təsdiqləyə bilər. Geniş daxili intizam prosesindən və klubun şəxsi həyatına dair öhdəliklərinə əməl edildikdən sonra Villi komandanın davranış əsasnaməsini o dərəcədə pozmaqda təqsirli bilinib ki, onun mövqeyi dayanıqsız hala düşüb. Cennifer Foster klub bu vəzifəni daimi əsasda tutmağa hazır mütəxəssis tapana qədər qadınlardan ibarət komandanın baş məşqçisi kimi fəaliyyət göstərəcək”, – “Lester Siti” klubunun rəsmi saytında dərc edilmiş rəsmi açıqlamada deyilir.

Vurğulayaq ki, “bazlığı” başına bəla olmuş Kirki bu hala salmış zərif cinsin nümayəndəsinin kimliyi məlum səbəblərdən açıqlanmır.

Xəbəri sosial şəbəkələrdə paylaş: