Qasperini “Napoli” üzərində möhtəşəm qələbəni şərh etdi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının 30-cu turunda cari çempion “Napoli” üzərində səfər qələbəsini (3:0) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Təkcə “Napoli” üzərində səfərdə 3:0 hesablı qələbəyə deyil, həm də bu qələbəni necə əldə etməyimizə, çoxlu imkanlata yaratmağımıza, oyunu əlimizdə saxlamağımıza və Osimhenin hədəfimizi təhdid etməsəinə rəğmən, vəziyyətə həmişə nəzarət etməyimizə sevinmək olar.

Biz indi yaxşı səmərəlilik səviyyəsinə çatmışıq, ona görə də kimsə əskik olsa belə, başqaları onu əvəz etməyə həmişə hazır olacaqlar. İrəlidə qarşıda duran oyunların sayını nəzərə alsaq, heyət rotasiyası mütləq lazımdır və mən şadam ki, həmişə rəqabətəqadir komandamız var.

“Paltardəyişmə otağında belə bir kimya” yaratmaq asan deyil, amma hamı özünü işin içində hiss edir”, deyə Qasperini məmnunluqla bildirib.

29 oyundan 50 xal toplamış “Atalanta” İtaliya A Seriyasının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb və Çempionlar Liqası dördlüyünə düşməyə iddialıdır. Cari çempion “Napoli” isə 30 oyundan 45 xalla 8-ci pillədə yer alıb və növbəti övsümdə avrokuboklarsız qalmaq təhlükəsi ilə üz-üzədir. A Seriyasına 29 oyundan 76 xal toplamış “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: