Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.
“Selta” – “Rayo Valyekano” matçında qapılara qol vurulmayıb.
“Alaves” doğma meydanda “Real Sosyedad”a minimal hesabla məğlub olub.
Beş qolun qeydə alındığı “Jirona” – “Betis” matçında meydan sahibləri qalib gəliblər.
Lider “Real” da evdə “Atletik” üzərində inamlı qələbəyə sevinib.
30-cu tura sabah keçiriləcək “Vilyarreal” – “Atletiko” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
30-cu tur
29 mart
Kadis – Qranada 1:0
Qol: R.Navarro, 51.
30 mart
Xetafe – Sevilya 0:1
Qol: S.Ramos, 5.
Almeriya – Osasuna 0:3
Qollar: Arnais, 2. Budimir, 9. Munos, 61.
Valensiya – Malyorka 0:0
Barselona – Las Palmas 1:0
Qol: Rafinya, 59.
31 mart
Selta – Rayo Valyekano 0:0
Jirona – Betis 3:2
Qollar: Dovbik, 36-pen; 65. Stuani, 90+2 – V.Xose, 45+4; 76.
Alaves – Real Sosyedad 0:1
Qol: Paçeko, 59.
Real – Atletik 2:0
Qol: Rodriqo, 8; 73.
1 aprel
23:00. Vilyarreal – Atletiko


