Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçiləri Sevda Nuriyeva ilə Gülnurə Əkbərzadə UEFA-dan təyinat alıblar.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildilir ki, Azərbaycandan olan hakimlər briqadası qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Monteneqro – Andorra oyununu idarə edəcək.
C Liqasının 3-cü qrupu çərçivəsində aprelin 5-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 18:30-da start veriləcək. Qarşılaşma Monteneqronun Podqoritsa şəhərindəki “Qradski Podqoritsa” stadionunda keçiriləcək.
Monteneqro – Andorra oyununda dördüncü hakim funksiyasını Maltadan olan Joanna Vassallo yerinə yetirəcək.
Monteneqro – Andorra
Baş hakim: Fəridə Lütfəliyeva.
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Joanna Vassallo (Malta).
“Qradski Podqoritsa” stadionu. Saat 18:30.


