Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 26-cı turundan təxirə salınmış bir qarşılaşma keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçı “Qranada” ilə “Valensiya” arasında baş tutub.
“Yarasalar” səfərdə minimal hesabla qalib gəliblər. “Valensiya” bu qələbə sayəsində xallarını 44-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. “Qranada” isə 14 xalla 19-ci pillədə qalıb.
İspaniya, La Liqa
26-cı turun oyunu
4 aprel
Qranada – Valensiya 0:1
Qol: A.Almeyda, 77.


