Premyer Liqa: “Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşması Tovuzda keçiriləcək. Burada yerli “Turan Tovuz” “Sabah”ı sınağa çəkəcək. Ötən tur “Zirə”yə uduzmaqla zirvədən aralı düşən “Sabah” Tovuzdan 3 xalla qayıtmağa çalışacaq. Son iki turda qələbəyə həsrət qalan “Turan Tovuz” da doğma meydanda 3 xal qazanmaq arzusundadır.

“Turan Tovuz”la “Sabah” bu günə qədər Premyer Liqada 7 oyunda qarşılaşıblar. Bu oyunlarda Tovuz təmsilçisi 2, paytaxt klubu 4 qələbəni bayram edibsə, 1 görüşdə qalib müəyyənləşməyib. “Turan Tovuz” öz meydanında xal qazanmayıb. Qonaq komanda səfərdə bütün matçlarda qol vurub.

Günün digər oyunu artıq çempionluğu təmin etmiş “Qarabağ”la avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Səbail” arasında keçiriləcək. “Qarabağ”ın hazırda 69 xalı varsa, “Səbail” 38 xalla 6-cı sırada qərarlaşıb.

“Qarabağ”la “Səbail” bu günə kimi 26 çempionat oyununda üz-üzə gəliblər. Bu görüşlərdə Ağdam təmsilçisinin böyük üstünlüyü var – 21 qələbə. 3 oyunda “Səbail” 3 xalı bayram edibsə, 2 görüş heç-heçə yekunlaşıb. Son 11 oyunda üç və ya daha çox qol vurulub. “Qarabağ” texniki nəticə nəzərə alınmamaqla bütün matçlarda rəqib qapısına yol tapıb.

Premyer Liqa
29-cu tur
5 aprel

“Araz-Naxçıvan” – “Kəpəz” 1:2
Qollar: Miço Kuzmanoviç, 16 – Martins Junior, 54. Mate Kvirkviya, 62.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 20:00.

6 aprel

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu, 16:00.

“Qarabağ” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

7 aprel

“Zirə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: