İtaliya A Seriyasının 31-ci turu çərçivəsində “Udineze”yə qarşı keçirilmiş səfər oyunu Milan “İnter”i üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, sözügedən komanda 2:1 hesabı ilə qələbə qazandığı oyunda qol vurmağa müvəffəq olmaqla, A Seriyasının rekordunu müəyyənləşdirib.
Belə ki, “İnter” A Seriyası tarixində 1-ci turdan 31-ci tura qədər hər oyunda qol vurmağı bacarmış ilk komanda olub.
“İnter” 31 oyundan 82 xalla A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Neradzurri” ən yaxın izləyicisi “Milan”ı (68 xal) 14 xal qabaqlayır.
Vurğulayaq ki, Milan “İnter”i cari mövsümdə İtaliya çempionatında cəmi 1 oyunda məğlub olub.
Növbəti, 32-ci turda “İnter” “Kalyari” ilə qarşılaşacaq. Oyun aprelin 14-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


