TFF “Fənərbaxça” ilə bağlı qərarını açıqladı – Rəsmi

Türkiyə Futbol Federasiyası “Qalatasaray”la super kubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən “Fənərbaxça” ilə bağlı qərar verib.

Arena.az xəbər verir ki, İntizam Komitəsi “bülbüllər”ə 0:3 hesablı texniki məğlubiyyət verib.

Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb. İstanbul klubu texniki məğlubiyyətlə yanaşı, 4 milyon lirə (təqribən 210 min manat) məbləğində cərimə də ödəməli olacaq.

Həmçinin, klubun idarə heyətinin üzvü, komandanın meydanı tərk etməsinin əsas təşəbbüskarı Ahmet Ketençi 520 min lirə (təqribən 27 min manat) cərimə olunub.

Xatırladaq ki, Türkiyə Super Kuboku uğrunda təşkil olunmuş matçın 1-ci dəqiqəsində “Qalatasaray” hesabı açıb. 2-ci dəqiqədə isə “Fənərbaxça” meydanı tərk edib. Oyuna U-19 komandası ilə çıxan bu klub Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib. “Sarı-lacıvərdlilər” qarşıdakı iki mövsüm ərzində Türkiyə Kubokunda iştirakdan da imtina ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: