Yurgen Klopp: “Məğlubiyyətə layiq idik”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/4 finalının ilk oyununda evdə “Atalanta”ya məğlubiyyətini (0:3) şərh edib.

Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bazar ertəsi bu oyunun təkrarını izləyəcəyəm. Ancaq indi deyə bilərəm ki, daha yaxşı olmaq üçün təkmilləşdirməli olduğumuz bir neçə məqam var. Biz qalib gələ bilərikmi? Bəli, yaxşı oynasaq, hər şey mümkündür. 3:0 hesabı ilə qalib gəlib yarımfinala yüksələ bilərikmi? Heç bir fikrim yoxdur. Amma indi özümüzü pis hiss edirik və bu, vacibdir. Belə məqamlarda həmişə görünür ki, rəqib artıq mərhələ adlayıb, amma biz cavab oyununu keçirənə qədər heç nə həll edilməyib.

Bizim üçün dəhşətli oyun oldu. Bilirəm ki, uşaqlar daha yaxşı oynaya bilər, amma bu gün bunu etmədilər. Bazar günü qarşılıq göstərməliyik. Əminəm ki, onlar bunu edəcəklər.

Həqiqətən pis oyun oldu. Biz məğlub olmağa layiq idik. Mən sadəcə “Atalanta”nı təbrik etmək istəyirəm. Oyunun yüyənini itirdik. Onun haqqında yaxşı heç nə demək olmaz. Biz eyni vaxtda hər yerdə və heç yerdə idik”, deyə Yurgen Klopp bildirib.

Xatırladaq ki, cavab oyunu aprelin 18-də Berqamoda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: