Ukraynada futbolçuları hərbi xidmətə cəlb etmiş məmur saxlanıldı

Ukraynada hərbi komissarlıq işçisi futbolçuların qondarma hərbi xidmətə cəlb edilməsinə görə mühakimə ediləcək.

Arena.az bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi “Telegram” kanalına istinadən məlumat verir.

Müdafiə sahəsidə ixtisaslaşdırılmış İvano-Frankovsk prokurorluğu yerli “Prikarpatye” peşəkar futbol komandasının oyunçuları və məşqçiləri də daxil olmaqla yeddi nəfəri qondarma şəkildə hərbi xidmətə cəlb edə bilmiş yerli hərbi komissarlığın əməkdaşına qarşı ittiham aktını məhkəməyə göndərib.

Bildirilir ki, hərbi xidmətə çağırılmış idmançılar və məşqçilər vəzifə yerinə getməyiblər. Onlar hər hansı hərbi vəzifə də yerinə yetirməyiblər. Eyni zamanda onlar pul da alıblar. Məmur dövlətə 1,5 milyon qrivna (təxminən 35,5 min avro) məbləğində ziyan vurub. Məmur ibtidai istintaq mərhələsində bu vəsaitin bir hissəsini geri qaytarıb. Hələlik bu şəxs vəzifəsindən kənarlaşdırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: