Tomas Tuxel Leroy Sanedən narazılıqla danışdı

“Bayern”in baş məşqçisi Tomas Tuxel Münhen komandasının almaniyalı vingeri Leroy Sanenin oyun vəziyyətindən danışıb.

Arena.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu adamın hansı dəyərə və istedada sahib olduğu göz qabağındadır. Amma oktyabr ayından bəri onun qol vurmasını gözləyirdik. Mövsümə parlaq başladı, amma bir qədər yavaşladı. “Arsenal”la ilk oyundan əvvəl gözləntilər böyük idi və o, onları doğrultdu. Biz də ondan özünü sübut etməyə davam edəcəyini və komandanın əsas oyunçusuna çevrilməsini gözləyirik”, deyə Tomas Tuxel vurğulayıb.

Xatırladaq ki, Leroy Sane “Bayern”ə 2020-ci ilin iyulunda İngiltərənin “Mançester Siti” klubundan 49 milyon avroya gəlib. 28 yaşlı vinger Münhen klubunun heyətində meydana çıxdığı 171 matçda 47 qol vurub, 50 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Mançester Siti”dən başqa “Şalke”nin də uğurları üçün çalışıb.

Yarımmüdafiəçi 2015-ci ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 59 oyun keçirib. O, bu oyunlarda 13 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: