Cari mövsümə də qeyri-sabit nəticələrlə başlamış “Turan Tovuz” Azərbaycan Premyer Liqasında 100-cü ev qoluna imza atıb.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisinin yubiley qoluna Xorxe Silva imza atıb.
O, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 4-cü turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunu vurub.
Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. Əyalət təmsilçisi Premyer Liqada 100 və daha çox qol vurmuş 24-cü komanda olun.
Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.
“Turan Tovuz” cari mövsümdə keçirdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 7 xalla 5-ci pillədə qərarlaşıb.


