Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan sağ cinah müdafiəçisi Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib.
Arena.az xəbər verir ki, “Zirə”nin kapitanının yubileyi Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 4-cü turuna təsadüf edib.
“Sabah”la görüşdə (0:5) 250-ci matçına çıxan futbolçu bu oyunlarda bütövlükdə 15 qola imza atıb.
Debütü 2014/2015-ci illər mövsümünə təsadüf etmiş futbolçu 2 klubda forma geyinib. O, “Qəbələ”də 70 oyunda 1, “Zirə”də 180 matçda 14 dəfə fərqlənib.
Qeyd edək ki, Qismət turnirin tarixinə 250 və ya daha çox oyun keçirmiş 78-ci futbolçu kimi düşüb.
“Qəbələ”nin yetirməsi olan Qismət Alıyev 2020-ci ildə məhz klubdan “Zirə”yə keçib. 29 yaşlı futbolçu qəsəbə təmsilçisinin heyətində bütövlükdə 221 oyuna çıxıb, 16 qol vurub, 21 məhsuldar ötürmə verib. Onun “Qəbələ” karyerası isə 82 oyun, 1 qol və 5 assistdən ibarətdir.
2022-ci ildən Azərbaycan millisində çıxış edən müdafiəçi 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.


