Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Atletik” – “Vilyarreal” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Real Sosyedad” – “Almeriya” matçında da qalib müəyyənləşməyib.
“Sevilya” səfərdə “Las Palmas”ı, “Qranada” isə doğma meydanda “Alaves”i 2 cavabsız qolla məğlub edib.
31-ci tura sabah keçiriləcək “Osasuna” – “Valensiya” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
31-ci tur
12 aprel
Betis – Selta 2:1
Qollar: Miranda, 53. Fekir, 83 – Larsen, 90+1.
13 aprel
Atletiko – Jirona 3:1
Qollar: Qrizmann, 34-pen; 50. Korrea, 45+6 – Dovbik, 4.
Rayo Valyekano – Xetafe 0:0
Malyorka – Real 0:1
Qol: Tçuameni, 48.
Kadis – Barselona 0:1
Qol: Joao Feliks, 37.
14 aprel
Las Palmas – Sevilya 0:2
Qollar: En Nesiri, 43. Lukebakio, 90+3.
Qranada – Alaves 2:0
Qollar: M.Uzuni, 9-pen. Boye, 38.
Atletik – Vilyarreal 1:1
Qollar: Sanset, 66 – Parexo, 90+5-pen.
Real Sosyedad – Almeriya 2:2
Qollar: Bekker, 32. Oyarzabal, 59 – Embarba, 30; 88-pen.
15 aprel
23:00. Osasuna – Valensiya


