Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Xetafe” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Üç qolun qeydə alındığı “Almeriya” – “Vilyarreal” matçı qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Səfərdə “Alaves”lə qarşılaşan Madrid “Atletiko”su 2 cavabsız qolla məğlub olub.
Turun mərkəzi qarşılaşması lider “Real”la əsas izləyicisi və əzəli rəqibi “Barselona” arasında baş tutub. Kataloniya təmsilçisi “el klasiko”da hesabda iki dəfə önə keçməsinə baxmayaraq, sonda məğlubiyyətə üzülüb.
32-ci turun sabah keçiriləcək “Sevilya” – “Malyorka” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
32-ci tur
19 aprel
Atletik – Qranada 1:1
Qollar: Quruseta, 24 – İ.Uilyams, 6-öz qapısına.
20 aprel
Selta – Las Palmas 4:1
Qollar: Aspas, 37; 76. Svedberq, 39. Duvikas, 71 – Hersoq, 11.
Rayo Valyekano – Osasuna 2:1
Qollar: Çavarria, 80. Palason, 84 – M.Qomes, 29.
Valensiya – Betis 1:2
Qollar: Pepelu, 66-pen – A.Peres, 19; 77.
Jirona – Kadis 4:1
Qollar: E.Qarsiya, 9. Martin, 22. Dovbik, 71. Portu, 82 – Eskalante, 81.
21 aprel
Xetafe – Real Sosyedad 1:1
Qollar: O.Rodriqes, 29 – Barreneçea, 13.
Almeriya – Vilyarreal 1:2
Qollar: Losano, 30 – Akomaç, 25. Sörlot, 90+2.
Alaves – Atletiko 2:0
Qollar: Benavides, 15. Rioxa, 90+2.
Real – Barselona 3:2
Qollar: V.Junior, 18-pen. L.Vaskes, 73. C.Bellingem, 90+1 – A.Kristensen, 6. F.Lopes, 69.
22 aprel
23:00. Sevilya – Malyorka


