Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 35-ci tur çərçivəsində səfərdə “İstanbulspor”la qarşılaşıb.
Şahruddinin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Məhəmmədəliyev bu oyuna start heyətdə başlayıb və sonadək sonadək mübarizə aparıb.
“Adana Dəmirspor” bu nəticədən sonra 44 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “İstanbulspor” isə 16 xalla sonuncudur.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 23 matça çıxıb, 32 qol buraxıb, 5 “quru” matç keçirib.


