Papua – Yeni Qvineya yığması elan əsasında futbolçu axtarır

Okeaniya Futbol Konfederasiyasının (OFC) təmsilçisi Papua – Yeni Qvineya yığmasını elan əsasında futbolçu axtarır.

Arena.az məlumat verir ki, millinin sosial şəbəkə hesabları üzərindən müvafiq elan paylaşaraq, komanda heyəti üçün futbolçular axtarışında olduğunu bəyan edib.

Yığma komandaya qoşulmağa namizəd olmaq istəyində olan şəxslər xüsusi təqdimat vərəqəsini doldurmalı, bu ölkənin vətəndaşlığını təsdiq edən pasportunun surətini ərizəyə əlavə etməli, ən əsası isə futbol bacarıqlarını və meydandakı fəaliyyətinin təsviri əks edlimiş şəkil və video materialları təqdim etməlidirlər.

Mütəxəssislər tərəfindən qiymətləndiriləcək müvafiq ərizə təsdiqlənərsə, milli komandanın nümayəndələri yığmanın mümkün yeni futbolçusu ilə əlaqə saxlayacaqlar.

Vurğulayaq ki, Papua – Yeni Qvineya futbol ölkəsi olaraq tanınmır. Ada yığmasına rəqibləri “3 xal” kimi baxırlar. Ölkənin milli yığma komandası ənənəvi “qapazaltılar”dan biridir.

Hazırda Papua – Yeni Qvineya yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinə hazırlaşır. Okeaniya zonasında DÇ-2026-nın təsnifat oyunları sentyabr ayının 2-də başlayacaq. Təsnifat mərhələsinin qalibi qarşıdan gələn dünya çempionatına birbaşa vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: