La Liqa: “Alaves” “Xetafe”ni tək qolla yendi – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Alaves” doğma meydanda “Xetafe” ilə üz-üzə gəlib. Rəqibini minimal hesabla məğlub edən “Alaves” xal ehtiyatını 45-ə çatdırıb.

37-ci turun qalan görüşləri bazar günü baş tutacaq və eyni saatda başlayacaq.

İspaniya, La Liqa
37-ci tur
18 may

Alaves – Xetafe 1:0
Qol: Visente, 12.

19 may

21:00. Atletik – Sevilya
21:00. Atletiko – Osasuna
21:00. Barselona – Rayo Valyekano
21:00. Betis – Real Sosyedad
21:00. Kadis – Las Palmas
21:00. Qranada – Selta
21:00. Malyorka – Almeriya
21:00. Valensiya – Jirona
21:00. Vilyarreal – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: