Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Çempionluğu təmin etmiş “Real” bu dəfə “Vilyarreal”ın qonağı olub. 8 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Meydan sahiblərinin bütün qollarını Aleksandr Sörlot vurub. Madrid təmsilçisinin heyətində isə türkiyəli gənc futbolçu Arda Gülər dubla imza atıb.
“Barselona” doğma meydanda “Rayo Valyekano”nu 3 cavabsız qolla məğlub edib. “Valensiya”nın qonağı olan “Jirona” da turu qələbə ilə başa vurub. “Atletiko” isə “Osasuna” ilə ev oyununda gözlənilməz darmadağına üzülüb.
“Atletik” – “Sevilya” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Qranada” evdə “Selta”ya, “Betis” isə “Real Sosyedad”a uduzub.
“Kadis” – “Las Palmas” matçında qol qeydə alınmayıb. 4 qolun vurulduğu “Malyorka” – “Almeriya” matçında da qalib müəyyənləşməyib.
Beləliklə, “Real” sona bir tur qalmış 94 xalla zirvədə qərarlaşıb. “Barselona” 82 xalla 2-ci, “Jirona” 78 xalla 3-cü, “Atletiko” 73 xalla 4-cü, “Atletik” 65 xalla 5-ci, “Real Sosyedad” 60 xalla 6-cı, “Betis” isə 56 xalla 7-cidir.
İspaniya, La Liqa
37-ci tur
18 may
Alaves – Xetafe 1:0
Qol: Visente, 12.
19 may
Atletik – Sevilya 2:0
Qollar: R.Qarsiya, 17. Muniain, 19.
Atletiko – Osasuna 1:4
Qollar: Morata, 55 – R.Qarsiya, 26; 64. Oros, 52. Torro, 88.
Barselona – Rayo Valyekano 3:0
Qollar: Levandovski, 3. Pedri, 72; 75.
Betis – Real Sosyedad 0:2
Qollar: B.Mendes, 5. Merino, 42.
Kadis – Las Palmas 0:0
Qranada – Selta 1:2
Qollar: B.Mendes, 86 – Larsen, 61. Bamba, 63.
Malyorka – Almeriya 2:2
Qollar: Larin, 29. Darder, 83 – Arribas, 41. Lanqa, 66.
Valensiya – Jirona 1:3
Qollar: Pepelu, 84-pen – Savio, 32. Dovbik, 58. Qasiorovski, 67-pen.
Vilyarreal – Real 4:4
Qollar: Sörlot, 39; 48; 52; 56. A.Gülər, 14; 45+2. Xoselu, 30. Lukas, 40.


