“Bayer” Avropa Liqasının 2023/2024-cü illər mövsümünün “Atalanta” ilə final oyunu üçün iştirak ərizəsini təqdim edib.
Arena.az bu barədə Almaniya klubunun rəsmi sosial şəbəkə hesablarına istinadən məlumat verir.
Final oyunu üçün “Bayer”in iştirak ərizəsini təqdim edirik:
Qapıçılar: Lukaş Hradetski, Matey Kovarj, Niklas Lomb;
Müdafiəçilər: Yosip Stanişiç, Pyero İnkapye, Conatan Ta, Odilon Kossunu, Edmon Tapsoba, Artur, Ceremi Frimponq, Alexandro Qrimaldo;
Yarımmüdafiəçilər: Yonas Hofmann, Robert Andrix, Florian Virts, Esekiel Palasios, Qustavo Puerta, Qranit Caka;
Hücumçular: Borxa İqlesias, Patrik Şik, Neytan Tella, Viktor Bonifase, Amin Adli, Adam Hlojek.
Avropa Liqasının final oyunu may ayının 22-də İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda keçiriləcək. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


