Avropa Liqasının qalibi bu gün Dublində müəyyənləşəcək

Bu gün İrlandiyada keçiriləcək final oyunu ilə futbol üzrə Avropa Liqasının 2023/2024 mövsümünün qalibi bəlli olacaq.

Arena.az xəbər verir ki, turnirin final matçında Almaniyanın “Bayer” və İtaliyanın “Atalanta” komandaları üz-üzə gələcəklər.

İrlandiyanın paytaxtı Dublindəki “Dublin Arena”da keçiriləcək matçın start fiti saat 23:00-da səsləndiriləcək. Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, Avropa Liqasının son qalibi İspaniyanın “Sevilya” komandası olub.

Avropa Liqası
Final
22 may

23:00. “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)
Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).
VAR: Pol van Bökel (Niderland).
İrlandiya, “Dublin Arena” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: