Qasperini: “Biz də özümüzə çox arxayınıq”

“Atalanta”nin baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının “Bayer”lə qarşıdakı final oyunu haqda fikirlərini bildirib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Dərk edirik ki, bizə qarşı böyük komanda dayanıb. Bu aylarda göstərdikləri rəqəmlər və tamaşalar öz sözünü deyir. Bununla belə, yolumuzda bir çox güclü komandalarla qarşılaşdıq – həm İtaliyada, həm də xaricdə. Biz də özümüzə çox arxayınıq”, deyə Qasperini əminliklə bildirib.

Vurğulayaq ki, Xabi Alonsonun “Bayer”i 51 oyunluq məğlubiyyətsiz silsilədən ibarət mütləq Avropa rekordunu sürdürür.

Avropa Liqasının final oyunu bu gün İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: