Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün sonuncu – 38-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Jirona” doğma meydanda “Qranada” ilə qarşılaşıb. Möhtəşəm mövsüm keçirən Kataloniya təmsilçisi son matçında da 7 cavabsız qolla sevinib.
Bu nəticədən sonra “Jirona”nın mövsümü 81 xalla 3-cü pillədə başa vuracağı dəqiqləşib. “Qranada” isə 21 xalla 19-cu sırada qalıb və elita ilə rəsmən vidalaşıb.
İspaniya, La Liqa
38-ci tur
24 may
Jirona – Qranada 7:0
Qollar: E.Qarsiya, 30. Siqankov, 33; 54. Dovbik, 44-pen; 75; 90-pen. Stuani, 78.
25 may
16:00. Osasuna – Vilyarreal
18:15. Real Sosyedad – Atletiko
20:30. Almeriya – Kadis
20:30. Rayo Valyekano – Atletik
23:00. Real – Betis
26 may
16:00. Xetafe – Malyorka
18:15. Selta – Valensiya
18:15. Las Palmas – Alaves
23:00. Sevilya – Barselona


